Slimfit
  1. CƏMİYYƏT

Övladlığa götürülmə ilə bağlı qaydalarda dəyişiklik edildi

Övladlığa götürülmə ilə bağlı qaydalarda dəyişiklik edildi
Sakura

Övladlığa götürülmə ilə bağlı qaydalarda dəyişiklik edildi

“Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın

təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər

Kabinetinin 2000-ci il 11 sentyabr tarixli 167 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

“Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa

götürülməsi, o cümlədən Azərbaycan Respublikasının vətəndaşı

olan uşaqların əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən

övladlığa götürülməsi Qaydası”nın təsdiq edilməsi haqqında”

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 fevral tarixli

946 nömrəli Fərmanının 2-ci hissəsinə əsasən Azərbaycan

Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il

11 sentyabr tarixli 167 nömrəli Qərarı (Azərbaycan Respublikasının

Qanunvericilik Toplusu, 2000, № 9, maddə 693; 2001, № 11, maddə

722; 2002, № 3, maddə 148, № 7, maddə 455, № 10, maddə 635;

2003, № 10, maddə 629; 2005, № 4, maddə 386, № 6, maddə 534,

№ 8, maddə 782, № 10, maddə 977, № 11, maddə 1061, № 12,

maddələr 1228, 1231; 2006, № 3, maddə 297, № 8, maddə 731,

№ 9, maddə 830, № 10, maddə 902, № 11, maddə 994; 2008, № 2,

maddə 108, № 4, maddə 316, № 8, maddə 787; 2009, № 2, maddə

148, № 10, maddələr 846, 849, № 12, maddə 1079; 2010, № 6,

maddə 555; 2011, № 10, maddə 971; 2012, № 3, maddə 263, № 5,

maddələr 489, 495, № 7, maddə 777, № 11, maddə 1206, № 12,

maddə 1354; 2013, № 4, maddə 444, № 5, maddə 578; 2014, № 1,

maddə 74, № 5, maddələr 552, 589, № 6, maddə 746, № 8, maddə

1019, № 12, maddə 1685; 2015, № 12, maddə 1580; 2016, № 3, 

maddə 611, № 4, maddələr 777, 814, № 6, maddə 1226, № 8,

maddə 1449, № 11, maddə 1937; 2017, № 1, maddə 135, № 3,

maddə 493, № 6, maddə 1245, № 7, maddə 1491, № 9, maddə

1721, № 10, maddə 1883, № 12 (II kitab), maddə 2545; 2018, № 2,

maddə 347, № 3, maddə 628, № 4, maddə 789, № 5, maddə 1122,

№ 6, maddələr 1360, 1367, № 9, maddə 1929, № 10, maddə 2166;

2019, № 1, maddə 169, № 3, maddələr 513, 564, № 5, maddələr

938, 967, № 6, maddə 1172, № 7, maddələr 1325, 1338, № 10,

maddə 1674) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında

notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 7-ci

hissəsinə aşağıdakı məzmunda iyirmi doqquzuncu abzas əlavə

edilsin:

“Valideyn himayəsindən məhrum olmuş uşaqları övladlığa

götürməyi arzu edən şəxslərin (valideyn-namizəd) övladlığa uşaq

götürmək barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin

Sosial Müdafiəsi Nazirliyinə ünvanladığı ərizə notarial qaydada

təsdiq edildikdən sonra Azərbaycan Respublikası Prezidentinin

2020-ci il 27 fevral tarixli 946 nömrəli Fərmanı ilə təsdiq edilmiş

“Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa

götürülməsi, o cümlədən Azərbaycan Respublikasının vətəndaşı

olan uşaqların əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən

övladlığa götürülməsi Qaydası”nın 2.16-cı bəndinə müvafiq olaraq

“Elektron notariat” informasiya sistemi vasitəsilə “Valideyn

himayəsindən məhrum olmuş uşaqlar və övladlığagötürmə”

altsisteminə ötürülür. Valideyn-namizədin ərizədə qeyd etdiyi

məlumatlarda, o cümlədən ailə tərkibində, eləcə də onların faktiki

yaşadığı ünvanda dəyişiklik olduqda, valideyn-namizədin məlumatlar

yenilənməklə yeni ərizəsi notarial qaydada təsdiqlənərək 10 (on) gün

müddətində təkrar olaraq altsistemə ötürülür.”.

 

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İspaniya tərcümədə "dovşanlar məkanı" deməkdir

Redaktor seçimi

SON XƏBƏRLƏR