Slimfit
  1. AZƏRBAYCAN

Övladları məktəb və bağçaya gedən valideynlərə xəbərdarlıq — “Ehtiyatlı olun”

Övladları məktəb və bağçaya gedən valideynlərə xəbərdarlıq — “Ehtiyatlı olun”
Sakura

Övladları məktəb və bağçaya gedən valideynlərə xəbərdarlıq — “Ehtiyatlı olun”

“Hər il payız-qış mövsümündə Azərbaycanda uşaqlar arasında soyuqdəymə xəstəlikləri yayılır. Bu səbəbdən də valideynlər mümkün qədər ehtiyatlı olmalıdırlar”.

Bu barədə Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru, respublikanın baş pediatrı Nəsib Quliyev BAKU.WS-ə açıqlamasında bildirib. Onun sözlərinə görə, tədris ilinin başlanması ilə uşaqlar arasında hava-damcı yolu ilə yoluxan virusların yayılma təhlükəsi də artır. 

“Uşaq kollektivləri fəaliyyətə başlayır. Məktəb, uşaq baxçaları, körpələr evi fəaliyyət göstərir. Ona görə də, hava-damcı yolu ilə keçən xəstəliklərin yayılma təhlükəsi var. İlk növbədə valideynlər övladlarında hansısa xəstəlik əlaməti görürlərsə, onları məktəbə və baxçaya qoymamalıdırlar. Bu zaman mütləq həkimə müraciət olunmalıdır. Payız fəslində immunitet zəifləyir. Bu zaman uşağın qidalanmasına diqqət yetirilməlidir”, - deyə Nəsib Quliyev bildirib.

Baş pediatr deyir ki, indi havaların dəyişkən keçməsi uşaqların tərləyib-soyuması ilə nəticələnir:

“Baxırsan ki, havalar isti keçir. Lakin qəfil hava dəyişir və külək əsir. Bu zaman soyuqdəymə baş verir. Tərləmək uşaqların qalın geyimilə bağlıdır. Valideynlər çalışmalıdır ki, uşaqlar havaya uyğun geyinsinlər. İndi uşağa qalın paltar geyindirsələr, o tərləyəcək. Sonra bədəndə soyuma baş verəcək. Bu zaman da soyuqdəymə xəstəliyi yaranacaq. Buna görə də, uşaqlar hava tempraturuna uyğun geyindirilməlidirlər. Valideynlər diqqət etməlidirlər. Əgər uşaq tərləyibsə, bu zaman onun yaş paltarı quru ilə dəyişdirilməlidir”. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Yuriy Nikulin "Brilliant əllər" çəklişi zamanı fasilədə nərd oynayır. Bakı. 1968-ci il

Redaktor seçimi

SON XƏBƏRLƏR