Slimfit
  1. ARAŞDIRMA

Övladınızın öyrənmək üslubunu kəşf edin

Övladınızın öyrənmək üslubunu kəşf edin
Sakura

Övladınızın öyrənmək üslubunu kəşf edin

Övladınız dərslərə həvəs göstərmir, hətta məktəbə getmək istəmir? Onda bu araşdırmanı oxumağa dəyər.

İslaminSesi bildirir ki, övladınızın bu problemi ola bilsin sizi onun öyrənmə üslubunu bilməməyənizdir. Uşaqlar  gündəlik oyun qaydalarında və davranışlarında öz üslublarını bəyan edərlər. Həmin üslubları sizə təqdim edirik. 

 

1. Vizual öyrənmə üslubu

Bu üsluba malik uşaqlar rəsm çəkməyə meyilli olarlar. Çox səliqəli olarlar. Yaşıdlarından fərqli olaraq bu xüsusiyyətə uşaqlıqdan malik olarlar. Yaşadıqları hadisələrdə görüntüləri daha detallı yadda saxlayarlar. Ümumilikdə səssiz və sakit uşaqlar olarlar. Bu uşaqlar müəllimləri ilə bağlı hər bir detalı araşdırarlar. Müəllimin paltarı, saçları və davranışları onlar üçün çox əhəmiyyətlidir. Eşidərək deyil, görərək öyrənən bu uşaqları adətən müəllimləri dərsi yaxşı dinləyən uşaq kimi dəyərləndirər. Oxuyaraq nəsə öyrənməkdə zəif olarlar. Ona görə də oxumaqdan daha çox  dinləməyə üstünlük verərlər. Ona görə də fərdi şəkildə dərs öyrənməyə çətinlik çəkərlər.

 

 

2. Dinləmə  üslubu

Bu tip uşaqların ən böyük əlaməti çox danışan olmalarıdır. Uşaqlıqdan başlayaraq onlar özü-özlərinə hey danışarlar. Yaşlarına görə söz ehtiyatları çox olar. Bu uşaqların məktəbdə ən böyük problemi hey danışmaqlarıdır. Yeni biliyi yalnız danışaraq əldə edə bilirlər. Kitabları yüksək səslə oxuyarlar. Valideyn və müəllimlər uşağı susdurmağa çalışmamalıdırlar. Xarici dil və musiqi istedadına malik olarlar. 

 

3. Kinestetik üslub

Bu tip uşaqlar toxunaraq öyrənən qrupdular. Çox hərəkətli olan bu uşaqların ən böyük problemi bir yerdə sabit durmamaqlarıdır. Onlar ətrafda hər şeyə toxunmaq istəyərlər. Səliqəli yaşamağa çətinlik çəkərlər. Bu qrupa aid olan uşaqların öyrənmək zamanı hərəkət etmələrinə mane olmaq olmaz. Dərs edərkən yerində sallanma, yeriyə-yeriyə kitab oxumaq, yüksək səslə təkrar etmək onların xüsusiyyətləridir. Onların ən böyük əlaməti təqlid edərək və sınayaraq öyrənmələridir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Kosmik stansiya öz çəkisində olan qızıldan 30 dəfə bahadır.

Redaktor seçimi

SON XƏBƏRLƏR