Slimfit
  1. ELM

Otuz birinci Beynəlxalq İnformatika Olimpiadası 2019-cu ildə Bakıda keçiriləcək

Otuz birinci Beynəlxalq İnformatika Olimpiadası 2019-cu ildə Bakıda keçiriləcək
Sakura

Otuz birinci Beynəlxalq İnformatika Olimpiadası 2019-cu ildə Bakıda keçiriləcək

Sentyabrın 1-dən 9-dək Yaponiyanın Tsukuba şəhərində məktəblilərin 30-cu Beynəlxalq İnformatika Olimpiadası (IOI) keçiriləcək.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, hər il iştirakçılarının sayının artdığı Beynəlxalq İnformatika Olimpiadasına bu il 85 ölkədən təxminən 340 şagirdin qatılacağı gözlənilir.

Dünyada kompüter elmi sahəsində ən nüfuzlu yarışlardan hesab olunan Beynəlxalq İnformatika Olimpiadası beş beynəlxalq elm olimpiadasından biridir.

Bu olimpiadanın keçirilməsinin məqsədi kompüter bilikləri sahəsində qabiliyyətli gəncləri tanıtmaq, informatika elminin önəmini gənclərə çatdırmaqdır.

Olimpiadada ölkəmizi fizika, riyaziyyat və informatika təmayüllü respublika liseyinin IX sinif şagirdi Abutalıb Namazov, Lənkəran şəhəri 4 nömrəli tam orta məktəbin IX sinif şagirdi Murad Eynizadə, akademik Zərifə Əliyeva adına Liseyin XI sinif şagirdi Ziya Muxtarov, Bakı şəhəri 27 nömrəli tam orta məktəbin XI sinif şagirdi Rəfail Səddatimov təmsil edəcəklər.

Şagirdlər Respublika Beynəlxalq Olimpiadalara Hazırlıq Mərkəzində Təhsil Nazirliyinin, Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin dəstəyi ilə hazırlaşıblar.

Beynəlxalq olimpiadalara hazırlıq məqsədilə Bakı və Sumqayıt şəhərlərində hazırlıq qrupları təşkil olunub. Yuxarı yaş qrupu üzrə altı şagird, aşağı yaş qrupu üzrə Bakı şəhərindən 12, Sumqayıtdan isə 10 məktəbli məşğələlərə cəlb olunub.

Dünya ölkələrində təhsilin və innovativ təhsil texnologiyalarının inkişafında mühüm rol oynayan Beynəlxalq İnformatika Olimpiadası ilk dəfə 1989-cu ildə keçirilib. Azərbaycan məktəbliləri ilk dəfə 1994-cü ildə İsveçrədə keçirilən bu elm yarışında iştirak ediblər. Ölkəmiz bu beynəlxalq tədbirdə 24 dəfə təmsil olunub. Ümumilikdə 55 azərbaycanlı məktəbli bu olimpiadada iştirak edib. Şagirdlərimiz Beynəlxalq İnformatika Olimpiadasından bu günədək biri gümüş, dördü bürünc olmaqla beş medal qazanıblar.

Növbəti Beynəlxalq İnformatika Olimpiadası 2019-cu ildə Bakı şəhərində keçiriləcək.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Borneo adasında bam-balan adlı qeyri-adi meyvə var. Xarici görünüşünə görə tünd rəngli malayziya manqosuna, dadı isə smetanla olan borşa oxşayır.

Redaktor seçimi

SON XƏBƏRLƏR