Slimfit
  1. AZƏRBAYCAN

Ötən il Zaqatalada 1207 yeni iş yeri açılıb

Ötən il Zaqatalada 1207 yeni iş yeri açılıb
Sakura

Ötən il Zaqatalada 1207 yeni iş yeri açılıb

Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafına dair üçüncü Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin icrası nəticəsində 2018-ci ildə Zaqatala rayonunda 1127-si daimi olmaqla, 1207 yeni iş yeri açılıb. Daimi iş yerlərinin 237-si yeni yaradılan, 334-ü fəaliyyəti bərpa edilən müəssisə və təşkilatların, 556-sı isə fiziki şəxslərin payına düşür.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə rayon icra hakimiyyəti aparatının sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsindən məlumat verilib.

Qurumdan bildiriblər ki, ümumiyyətlə, üçüncü Dövlət Proqramından irəli gələn vəzifələrin uğurla yerinə yetirilməsi nəticəsində son 5 ildə Zaqatala rayonunda 8456-sı daimi olmaqla, 10088 yeni iş yeri açılıb. Daimi iş yerlərinin 1437-si yeni yaradılan müəssisə və təşkilatların payına düşür.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Gəncəli kişilər məşhur Şah Abbas məscidi qarşısında. 1900-cü il.

Redaktor seçimi

SON XƏBƏRLƏR