Dərc edildi: Baxış sayı: 578
Ötən il Azərbaycandan 5 uşaq əcnəbilərə övladlığa verilib
“2018-ci ildə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə (AQUPDK) övladlığa götürmə ilə bağlı əcnəbi və vətəndaşlığı olmayan şəxslər tərəfindən 13 müraciət daxil olub”.
Bunu ONA-nın sorğusuna cavab olaraq AQUPDK-nın Hüquqi təminat şöbəsinin Ölkələrarası övladlığa götürmə sektorunun müdiri Vəfa Ələkbərova deyib.
O bildirib ki, əcnəbi və vətəndaşlığı olmayan şəxslər tərəfindən 2018-ci ildə Azərbaycan vətəndaşı olan 5 uşaq övladlığa götürülüb: “Uşaqlar Hindistan, İran, Türkiyə, Avstriya və Bolqarıstan vətəndaşları tərəfindən övladlığa götürülüblər”.
Sektor müdirinin sözlərinə görə, əksər hallarda müraciət edənlər Azərbaycan vətəndaşı ilə nikaha daxil olmuş əcnəbilər olur ki, onlar da həyat yoldaşlarının birinci nikahından dünyaya gəlmiş Azərbaycan vətəndaşı olan uşağı övladlığa götürməyi arzu edirlər.
Sektor müdiri 2018-ci il üzrə Azərbaycan vətəndaşları tərəfindən əcnəbi uşaqların övladlığa götürülmədiyini də vurğulayıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət