Slimfit
  1. İQTİSADİYYAT

Ötən il Azərbaycanda külək enerjisi istehsalı 5 dəfə artıb

Ötən il Azərbaycanda külək enerjisi istehsalı 5 dəfə artıb
Sakura

Ötən il Azərbaycanda külək enerjisi istehsalı 5 dəfə artıb

2018-ci il ərzində Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda 1 954,1 mln. manat dəyərində məhsul istehsal olunub və xidmətlər göstərilib.

Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, 2017-ci illə müqayisədə 7%-lik artım müşahidə olunub. Su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal edilmiş məhsulların həcmi 3,7% artaraq 313,8 mln. manat təşkil edib.

Ötən il ərzində Azərbaycanda 23 243,7 mln. kVt/saat elektrik enerjisi istehsal edilib ki, bu da 2017-ci ilin göstəriciləri ilə müqayisədə 2,6%çoxdur.

Bunun 1 737,6 kVt/saatı su elektrik stansiyalarının istehsalının payına düşür ki, bu da 2017-ci ilin göstəriciləri ilə müqayisədə 1,2% çoxdur.

Elektrik enerjisi istehsalının 20 534,5 kVt/saatı istilik elektrik stansiyalarının istehsalıdır ki, bu da 2017-ci ilin göstəriciləri ilə müqayisədə 3,1% çoxdur.

Ötən il ərzində Azərbaycanda 57,5 kVt/saat küləklə işləyən stansiyaların enerji istehsalı olub ki, bu da 2017-ci ilin göstəriciləri ilə müqayisədə dəfə çoxdur.

Ötən il ərzində ölkədə 38,3 kVt/saat günəş enerjisi ilə işləyən stansiyaların istehsalı olub ki, bu da 2017-ci ilin göstəricisi ilə müqayisədə 4,3% azdır.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Xalq yazıçısı Mirzə İbrahimov görkəmli tarzən Qurban Pirimovun kürəkəni olmuşdur.

Redaktor seçimi

SON XƏBƏRLƏR