Slimfit
  1. İQTİSADİYYAT

Ötən il Azərbaycana dövlət vəsaiti hesabına 6 000-dən çox kənd təsərrüfatı texnikası gətirilib

Ötən il Azərbaycana dövlət vəsaiti hesabına 6 000-dən çox kənd təsərrüfatı texnikası gətirilib
Sakura

Ötən il Azərbaycana dövlət vəsaiti hesabına 6 000-dən çox kənd təsərrüfatı texnikası gətirilib

 Aqrar sahədə keyfiyyətli məhsulun yetişdirilməsi və onun itkisiz yığılmasını təmin etmək üçün istehsalçıların zəruri texnika ilə təchizatının yaxşılaşdırılması məqsədilə ötən il ölkəyə dövlət vəsaiti hesabına 6 030 vahid kənd təsərrüfatı texnikası gətirilib.

Report” bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. 

Məlumata görə, 2018-ci il ərzində Kənd Təsərrüfatı Nazirliyi yanında “Aqrolizinq” ASC-nin xətti ilə kənd təsərrüfatı məhsulları istehsalçılarına, ümumilikdə, 197,9 mln. manat dəyərində 118 vahid taxılyığan kombayn, kombayna qoşulan 27 vahid biçici aqreqat, 101vahid pambıqyığan kombayn, 13 vahid çuğundur çıxaran, 1346 vahid müxtəlif növ traktor, 588 vahid traktor yedəkləri (qoşqular), 692 vahid kotan satılıb.

Bundan başqa, ötən il ərzində ölkədə 219 vahid mala, 259 vahid kultivator, 89 vahid ot biçən, 32 vahid ot dırmığı, 60 vahid ot, küləş presləyən, 212 vahid çiləyici və tozlayıcı, 652 vahid səpici aqreqat, 65 vahid gübrəsəpən, 25vahid bağarası frez, 30 vahid taxıl (toxum) təmizləyən və 634 vahid digər kənd təsərrüfatı maşın və avadanlıqları satılıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bu gün pələnglərin ən məşhur müdafiəçilərindən biri məşhur Hollivud ulduzu Loenardo Di Kapriodur. O Rusiyaya gələrək, Amur pələnglərin müdafiəsi üçün 1 milyon dollar bağışlayıb.

Redaktor seçimi

SON XƏBƏRLƏR