Slimfit
  1. CƏMİYYƏT

Ötən həftə açılan piyada körpüsünü sel suları dağıtdı

Ötən həftə açılan piyada körpüsünü sel suları dağıtdı
Sakura

Ötən həftə açılan piyada körpüsünü sel suları dağıtdı

Ens.az Pravda.az-a istinadən xəbər verir ki, son günlər cənub bölgəsində yağan aramsız intensiv yağışlar, Astara rayonunun Şiyəkəran kəndində yeni salınan piyada körpüsünü dağıdıb.

 

Sakinlərin dediyinə görə, körpü illərdir qəzalı vəziyyətdə olub.

 

Qeyd edilib ki, son dəfə yağan yağışlar zamanı çayda suyun səviyyəsi artıb və qəzalı körpünü sel suları aparıb. Bundan sonra əraziyə ağır texnikalar cəlb olunub, köhnə körpü tamamilə sökülüb, yerində yeni piyada körpüsü salınıb. Lakin ötən həftə salınan yeni körpünün ömrü cəmi iki-üç gün çəkib.

 

Sakinlərin istifadə edə biləcəyi alternativ yol isə təqribən 6 km məsafədə yerləşir. Bu yoldan da yalnız piyadalar və kiçik həcmli maşınlar istifadə edə bilər. Həmin körpü də qəza vəziyyətdə olduğu üçün fermerlər əkdikləri sitrus meyvələrini bazara çıxarıb sata bilmirlər.

 

Şiyəkəran kənd inzibati dairəsi üzrə nümayəndəsi Elşad Məcidov APA-ya bildirib ki, ağır tonnajlı maşınlar üçün nə davamlı körpü var, nə də əlverişli yol.

 

“Hazırda vətəndaşlar öz məhsullarını bazara ancaq alternativ yoldan istifadə etməklə minik maşınları ilə çıxara bilər. Piyada yolu salınana kimi, şagirdlər də alternativ yollardan istifadə edərək məktəbə gedə bilirlər”, - o əlavə edib.

 
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Səməd Vurğun və Nazim Hikmət, Moskva, 1949-cu il

Redaktor seçimi

SON XƏBƏRLƏR