Dərc edildi: Baxış sayı: 455
Ötən ay ölkəmizə 50 mindən çox Gürcüstan vətəndaşı səfər edib
Bu ilin yanvar ayı ərzində ölkəmizə 56 min 462 nəfər Gürcüstan vətəndaşı səfər edib.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyinin aylıq hesabatında məlumat verilib.
Məlumatda bildirilir ki, Gürcüstan vətəndaşlarının yanvar ayında ən çox üz tutduqları ölkə Türkiyə olub. Keçən ay 116 min 220 nəfər Gürcüstan vətəndaşı Türkiyəyə səfər edib.
Hesabat dövründə bir nəfər Gürcüstan vətəndaşına Azərbaycana, 32 nəfərinə isə Türkiyəyə giriş qadağan edilib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət