Ötən ay Naxçıvandan Bakıya və əks istiqamətə 4 min 800-dən çox sərnişin daşınıb
Avqust ayında İran İslam Respublikasından keçməklə Naxçıvan-Bakı-Naxçıvan avtobus marşrutu ilə Naxçıvandan Bakıya 2501, Bakıdan Naxçıvana isə 2312 sərnişin daşınıb.
Naxçıvan Muxtar Respublikası Dövlət Nəqliyyat Xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, xidmət tərəfindən avqust ayında muxtar respublikada sərnişindaşıma fəaliyyəti göstərən avtobus və mikroavtobusların texniki müayinəsi keçirilib, 301 avtobusun qeydiyyatı aparılıb.
Muxtar respublikanın bütün yaşayış məntəqələri marşrutla təmin edilib, 488 taksi əhaliyə xidmət göstərib. Avtovağzalların payız-qış mövsümünə hazırlığı da diqqət mərkəzində saxlanılıb, şəhərlərarası və rayonlararası marşrut avtobuslarının qrafiki təkmilləşdirilib, istilik sistemlərinin yoxlanılaraq işlək vəziyyətə gətirilməsi üçün lazımi tədbirlər həyata keçirilib.
Muzeylərdə taksi sürücülərinin məlumatlandırılması işinə avtobus sürücüləri də cəlb olunub, həftənin bir günü onların qrup şəklində muzeylərə ekskursiyaları təşkil edilib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət