Dərc edildi: Baxış sayı: 760
Osmanlı türkü Mərkəzi Amerika dövlətinin prezidenti oldu
Mərkəzi Amerika ölkələrindən olan El Salvadora türk prezident başçılıq edəcək.
Publika.az xəbər verir ki, prezident seçkilərinin ilk turunda Osmanlı sultanlarının soyundan gələn Nayib Bukele ən çox səs toplayan namizəd olub.
İqtidarın Milli Birlik İttifaqından (GANA) namizədliyini irəli sürən Nayibə 360 min seçici səs verib. Onu ən az fərqlə (222 min 286 səs) Karlos Kalleja və 104 min 781 səslə Hüqo Martinez izləyir. Nayibin 10 martda keçiriləcək seçkilərin ikinci turunda ən yüksək səsi alaraq dövlət başçısı seçilməsi gözlənilir.
Qeyd edək ki, 38 yaşlı Nayib Bukelenin əcdadları vaxtilə Osmanlı dövlətinin pasportu ilə Fələstindən El Salvadora köç edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət