Slimfit
  1. DÜNYA

Osmanlı paşasının nəvəsi Boris Consonun babasının yaşadığı ev 550 milyona satışa çıxarıldı

Osmanlı paşasının nəvəsi Boris Consonun babasının yaşadığı ev 550 milyona satışa çıxarıldı
Sakura

Osmanlı paşasının nəvəsi Boris Consonun babasının yaşadığı ev 550 milyona satışa çıxarıldı

Musavat.com xəbər verir ki, satışa çıxarılan bu villada dünən Böyük Britaniyanın yeni baş naziri olan Boris Consonun babası Əli Kamal da yaşayıb.

II ƏbdülHəmid dönəmində nazir olan Muşiri Zeki Paşa üçün tikilən bu villa dünyanın ən bahalı 10 evindən biridir. Satışa çıxarılan 23 otaqlı villanın 130 yaşı var. Villa 4 mərtəbədən ibarətdir. Hər mərtəbədə 5-i dəniz mənzərəli olmaqla 6 otaq var. Bundan əlavə villanın 4 min 32 kvadrat metr bağ sahəsi var.

Villaya xüsusi olaraq körfəz ölkərinin maraq göstərəcəyi ehtimal edilir.

Boris Consonun babası olan türkiyəli jurnalist Əli Kamal sözügedən villada yaşayıb. Çünki o, Muşiri Zeki Paşanın qızı Sabiha Sultan ilə evli olub. Onlar sözügedən satışa çıxarılmış bu bahalı villada bir müddət yaşayıb. Əli Kamal Sabiha Sultan ilə evlənmədən öncə bir ingilis xanımla evli olub. Həmin evlilikdən onun Selma adlı qızı, Osman adında oğlu dünyaya gəlib. Əli Kamalın ailə qurduğu ingilis xanımın adı  Vinayfr Bran olub.

Qeyd edək ki, ötən il İstanbulda daha bir bahalı villa satışa çıxarılmışdı. 150 milyon dollara satışa çıxarılan villa Şahzadə Burhanettin adını daşıyırdı.

 

 
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bu atın adı Shayne-dir. O dünyanın ən yaşlı atıdır. (Atların ömrü 25-30 ildir)

Redaktor seçimi

SON XƏBƏRLƏR