Slimfit
  1. CƏMİYYƏT

Örüş torpaqları hazırda tələbatı ödəmir, məsələyə yenidən baxılır

Örüş torpaqları hazırda tələbatı ödəmir, məsələyə yenidən baxılır
Sakura

Örüş torpaqları hazırda tələbatı ödəmir, məsələyə yenidən baxılır

Bələdiyyələrin inzibati ərazisinə daxil olan yaşayış məntəqələrində ümumi istifadə üçün örüş torpaqları ötən müddət ərzində əhalinin, eləcə də onların mal-qarasının sayının artması ilə əlaqədar hazırda tələbatı ödəmir.

Ens.az Report.az-a istinadən xəbər verir ki, bu barədə Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsində qeyd olunub.

Bildirilib ki, digər tərəfdən bələdiyyələrin fəaliyyətə başladığı ilk illərdə ümumi istifadə üçün örüş sahələrinin ölçüləri, sərhədləri və koordinatlarının dəqiq müəyyənləşdirilməməsi bələdiyyələrin ehtiyat fondunun örüş torpaqlarının icarəyə verilməsi zamanı ümumi istifadə üçün ayrılmış örüş sahələri ilə üst-üstə düşüb-düşməməsini aydınlaşdırmaqda çətinliklər yaradır.

Məruzədə vurğulanıb ki, həmçinin bəzi bələdiyyələrin ərazisində bu məqsəd üçün nəzərdə tutulan örüş sahələrinin yaşayış məntəqəsindən çox uzaqda yerləşməsi ondan istifadəni mümkünsüz edir:

“Yerli əhalinin mövcud və perspektiv tələbatı nəzərə alınaraq ümumi istifadə üçün örüş sahələrinin ayrılması məsələsinə yenidən baxılması barədə” tövsiyə hazırlanaraq bələdiyyələrə göndərilib. Yerli əhalinin hazırkı və yaxın gələcək üçün tələbatı nəzərə alınmaqla Əmlak Məsələləri Dövlət Xidməti ilə birgə dəqiq yerquruluşu və kadastr sənədləri hazırlanaraq ümumi istifadə üçün örüş sahələrinin yaşayış məntəqələrinə maksimum yaxın ərazilərdə ayrılması məsələsinə yenidən baxılması tövsiyə olunub”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Görkəmli şairlərimiz Rəsul Rza və Nigar Rəfibəyli həyat yoldaşı olmuşlar. Onlar xalq yazıçısı Anarın valideynləridir.

Redaktor seçimi

SON XƏBƏRLƏR