Slimfit
  1. İQTİSADİYYAT

Ortamüddətli xərclər çərçivəsinin tətbiqi 2020-2021-ci illərdə büdcənin tərtibi prosesi zamanı nəzərdə tutulur

Ortamüddətli xərclər çərçivəsinin tətbiqi 2020-2021-ci illərdə büdcənin tərtibi prosesi zamanı nəzərdə tutulur
Sakura

Ortamüddətli xərclər çərçivəsinin tətbiqi 2020-2021-ci illərdə büdcənin tərtibi prosesi zamanı nəzərdə…

Maliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Prezident İlham Əliyevin müvafiq Fərmanı ilə müəyyən edilmiş iqtisadi və sosial siyasət kursunun qısamüddətli və ortamüddətli dövrlər üçün hədəflərini özündə aydın ehtiva edən Ortamüddətli xərclər çərçivəsinin hazırlanması və bu zəmində nəticə əsaslı büdcə tərtibi mexanizminə keçid üçün ilkin zəruri tədbirlərin görülməsi məqsədilə "Ortamüddətli xərclər çərçivəsinin hazırlanması Qaydası" təsdiq edilib.

Qaydaya əsasən OMXÇ-nin əsas məqsədi makroiqtisadi sabitlik və dayanıqlı iqtisadi artım üçün tələb olunan məcmu fiskal intizamın gücləndirilməsi, dayanıqlı fiskal çərçivəyə əsaslanan çoxillik resurs zərfi daxilində xərc istiqamətlərinin sektorlar arasında prioritetləşdirilməsi və fəaliyyətin göstəricilər əsasında ölçülməsini nəzərdə tutan nəticə əsaslı büdcə tərtibi mexanizminin təşkili üçün zəruri şəraitin yaradılmasıdır.

OMXÇ-nin hazırlanması büdcənin tərtibi prosesinin birinci – strateji mərhələsini təşkil edir. Bu məqsədlə cari büdcə ilinin ilk yarısında ortamüddətli dövr üçün məcmu resurs zərfi və milli xərc prioritetləri hökumət tərəfindən müəyyən olunur və bu əsasda büdcə təşkilatları öz strateji planlarını, davam etməkdə olan layihələr və yeni siyasət təşəbbüsləri (YST) üzrə cari və əsaslı xərclərinə dair sifarişlərini hazırlayaraq təqdim edirlər. Ortamüddətli resurs zərfi cari il üçün dəqiqləşdirilmiş, ortamüddətli dövr üçün isə ilkin iqtisadi və sosial inkişaf proqnozlarını, həmçinin büdcə təşkilatlarının strateji planlarını nəzərə almaqla tərtib olunur.

Ortamüddətli xərclər çərçivəsi sənədinin tərkib hissəsi olaraq hazırlanan digər mühüm sənəd isə milli xərc prioritetləridir. Milli xərc prioritetləri Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş Strateji Yol xəritələri, sektor strateji planları, həmçinin büdcə təşkilatlarından daxil olmuş YST ilə aydın şəkildə əlaqələndirilməklə tərtib edilir.

OMXÇ-nin tətbiqi üçün ilkin olaraq büdcə təşkilatlarında strateji planlaşdırma potensialının gücləndirilməsi mühüm şərtdir. Məhz buna görə də, OMXÇ-nin tətbiq edilməsi 2020-2021-ci illərdə büdcənin tərtibi prosesi zamanı nəzərdə tutulur.

Dövlət qurumları arasında daha çevik kommunikasiya və məlumat mübadiləsinə əsaslanan Ortamüddətli xərclər çərçivəsinin tətbiqi makroiqtisadi koordinasiyanı daha da gücləndirəcək və dövlət vəsaitlərinin daha səmərəli şəkildə istifadə edilməsinə şərait yaradacaq.

Beynəlxalq təcrübə, ölkə iqtisadiyyatının xüsusiyyətləri və həyata keçirilən digər fiskal islahatlar da nəzərə alınmaqla hazırlanmış OMXÇ Qaydası dövlət maliyyə idarəedilməsinin təkmilləşdirilməsi vasitəsilə makroiqtisadi sabitliyin təmin olunmasına xidmət edəcək.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Filin ürəyinin çəkisi 30kq-dır

Redaktor seçimi

SON XƏBƏRLƏR