Slimfit
  1. AZƏRBAYCAN

Orta məktəbi daha tez bitirmək istəyənlərin imtahanı başladı

Orta məktəbi daha tez bitirmək istəyənlərin imtahanı başladı
Sakura

Orta məktəbi daha tez bitirmək istəyənlərin imtahanı başladı

Ümumi təhsilin hər hansı səviyyəsini vaхtından əvvəl bitirmək istəyən istedadlı şagirdlər üçün eksternat qaydasında imtahanlar başlayıb. 

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) "Qafqazinfo"ya verilən xəbərə görə, eksternat imtahanları paytaxtdakı 220 nömrəli məktəb-liseydə təşkil olunub və yanvarın 15-də də davam edəcək. 

Test və müsahibə mərhələsindən ibarət olan eksternat imtahanlarında suallar fənn proqramlarına uyğun şəkildə hazırlanıb.

Eksternat imtahanlarının nəticələri BŞTİ tərəfindən yaradılan komissiya tərəfindən 5 ballıq şkala ilə qiymətləndiriləcək.

Qeyd edək ki, ümumi təhsilin hər hansı səviyyəsini vaхtından əvvəl bitirmək istəyən şagirdlər üçün təşkil olunmuş eksternat imtahanları Təhsil Nazirliyinin müvafiq əmri ilə təsdiq edilmiş “Ümumi təhsil pilləsinin ibtidai, ümumi orta və tam orta təhsil səviyyələrinin vaxtından əvvəl bitirilməsi Qaydaları”na əsasən keçirilir.

 

 
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Yuriy Nikulin "Brilliant əllər" çəklişi zamanı fasilədə nərd oynayır. Bakı. 1968-ci il

Redaktor seçimi

SON XƏBƏRLƏR