Slimfit
  1. TARİX

Orta əsrlərdə kəndlilər necə qidalanırdılar?

Orta əsrlərdə kəndlilər necə qidalanırdılar?
Sakura

Alimlər orta əsrlər kəndlisinin qab-qacağını araşdıraraq rasionlarını müəyyənləşdirdilər

Ens.az xəbər verir ki, alimlər aşkar ediblər ki, orta əsrlər kəndlisi pendir kimi süd məhsulları ilə yanaşı əsasən pörtlədilmiş ət və tərəvəzlə qidalanırdılar. Qida qalıqları Norttemtonşirdəki orta əsrlərə aid kiçik kənddə tapılmış saxsı qablardan çıxarılıb. Bristol Universitetinin mütəxəssisləri lipidlər, yağlar, piylər və keramikadan təbii mumların identifikasiyası üçün kimyəvi və izotop üsullardan istifadə ediblər. Onlar aşkar etdilər ki, kələm, soğan və kəvər kimi tərəvəzlərlə pörtlədilmiş quzu və mal əti orta əsrlər kəndlisinin rasionunun əsası idi. Pendir kimi süd məhsulları da əhəmiyyətli rol oynayırdı.

Bristol Universitetinin professoru doktor Culiya Dann belə deyib: “Tarixdə adi insanların yemək və geyim kimi gündəlik həyatı haqqında bilgilər məlum deyil. Ənənəvi olaraq, biz diqqəti qədim sənədlərdə adları çəkilən insanlarda - vacib tarixi şəxslərdə cəmləyirik. Orta əsrlər zadəganlıq və kilsə qurumlarının dietası barədə çox şey məlumdur, amma orta əsrlər kəndlisinin hansı məhsullardan istifadə etməsi barədə məlumatlar azdır”. Tədqiqatçılar həmçinin ət yeməkləri, qidanın hazırlanması və zibilin saxlanması üsullarını öyrəniblər. Tarixi sənədlərdə deyilir ki, orta əsrlər kəndlisi ət, balıq, süd məhsulları, meyvə və tərəvəzlə qidalanırdı.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Görkəmli Azərbaycan bəstəkarı və pedaqoqu Qara Qarayev tələbələri arasında

Redaktor seçimi

SON XƏBƏRLƏR