Slimfit
  1. TEXNOLOGİYA

Orqanizmə zərər vuran ilk kompüter virusu hazırlanıb

Orqanizmə zərər vuran ilk kompüter virusu hazırlanıb
Sakura

Orqanizmə zərər vuran ilk kompüter virusu hazırlanıb

İsrail alimləri yüksəktexnologiyalı tibbi avadanlıqda boşluq aşkar ediblər.
 
ICTnews” Elektron Xəbər Xidməti “ferra.ru” saytına istinadən yazır ki, alimlər işlək eksploit hazırlayaraq hücum həyata keçirməyə müvəffəq olublar. Hazırlanmış zərərverici proqram təminatı kompüter tomoqrafiyası və maqnit-rezonans tomoqrafiyasının nəticələrinə dəyişikliklər etməyə imkan verir. Həm də dəyişikliklər tomoqrafiya şəkillərinin həkimlər tərəfindən qəbulundan öncə həyata keçirilir.
 
Aşkar edilmiş boşluğun köməyi ilə pasiyentin tomoqrafiya şəklinə bədxassəli şişi əlavə etmək və ya silmək olar. Yekun şəkil o qədər real görsənir ki, sınaqlarda iştirak etmiş həkimlər şəklin həqiqiliyinə şübhə etməyiblər.
 
Emil Hüseynov

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

General Əliağa Şıxlinski Molla Vəli Vidadinin nəticəsidir.

Redaktor seçimi

SON XƏBƏRLƏR