Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Orqanizm üçün çox faydalı Kisel: 5-6 xörək qaşığı...

Orqanizm üçün çox faydalı Kisel: 5-6 xörək qaşığı...
Sakura

Orqanizm üçün çox faydalı Kisel: 5-6 xörək qaşığı...

Kisel çox faydalı və dadlı desertdir.

Publika.az xəbər verir ki, bu desert uşaqlar üçün çox faydalıdır. Mədə-bağırsaq sistemi xəstəlikləri olan (xora xəstəliyi, qastrit) insanlar üçün kisel əsl dadlı təbii dərmandır.

Artıq çəkisi olan insanlar da kiseli öz qidalanmasına daxil edə bilərlər, çünki insanı uzun müddət ərzində tox saxlayır.

Kiseli müxtəlif giləmeyvələrdən, qışda isə mürəbbələrdən hazırlamaq olar.

Məhsullar:

- istənilən mürəbbə (qarağat, moruq, çiyələk, zoğal, albalı) - 5-6 xörək qaşığı (mürəbbənin miqdarını zövqə görə azaltmaq və ya artırmaq olar),

- su - 1 l (əlavə 1/2 stəkan - nişastanı qarışdırmaq üçün),

- şəkər tozu - 2-3 xörək qaşığı (mürəbbənin şirin və ya turş olmasından və sizin zövqünüzdən asılıdır).

- nişasta - 3-4 xörək qaşığı.

Hazırlanması:

1. Mürəbbəni qazanda su ilə yaxşı qarışdırırıq və oda qoyuruq. Su 5 dəqiqə qaynadıqdan sonra oddan götürürük, süzgəcdən süzürük, ki meyvələr kiselə düşməsin (əgər siz meyvələrlə xoşlayırsınızsa, süzməmək olar). Daha sonra şəkər tozu əlavə edirik.

2. Nişastanı stəkanda soyuq suda yaxşı qarışdırırıq.

3. Mürəbbəli suyu oda qoyurur və yavaş-yavaş qarışdıra-qarışdıra nişastanın məhlulunu qazana əlavə edirik.

4. Kisel qaynamağa başlayan kimi dərhal oddan götürük (kiseli qaynatmaq olmaz), bir qədər soyuduqdan sonra içirik.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Görkəmli bəstəkarlar Müslüm Maqomayev və Üzeyir Hacıbəyov bacanaq olmuşlar.

Redaktor seçimi

SON XƏBƏRLƏR