Dərc edildi: Baxış sayı: 289
Orda tatarlar var, Ukrayna üçün asan olacaq - Libanova
Krımın yenidən Ukraynaya inteqrasiyası Donbasla müqayisədə daha asan olacaq. Çünki döyüşlərə görə ukraynayönlü əhalinin əksəriyyəti regionu tərk etməyə məcbur olub.
Ens.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Ukraynanın M.V.Ptuxi adına Demoqrafiya və Sosial Tədqiqatlar İnstitutunun direktoru, akademik Ella Libanova deyib.
“Mən əminəm ki, Krım və Donbas fərqlidir. Bizim üçün Krımda prosesin öhdəsindən gəlmək daha asandır. Əgər Rusiya hərbçiləri oradan çıxarılsa, ukraynayönlü insanların böyük bir hissəsi orada qalacaq. Çünki Krım ilhaq olunanda orada müharibə olmayıb və bir çox insan oranı tərk etməyib. Həmçinin, orada ukraynayönlü Krım tatarları var”, - Libanova bildirib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət