Dərc edildi: Baxış sayı: 192
Orban: “Avropada vəziyyət ağırdır”
Macarıstanın baş naziri Viktor Orban Macarıstan-Vyetnam biznes forumunda Avropanı Asiyadan geri qaldığına görə qınayıb.
Ens.az Oxu.az-a istinadən xəbər verir ki,Orban qeyd edib ki, Avropada vəziyyət ağırdır.
“Dünya iqtisadiyyatında böyük yenidənqurma baş verir və Asiya dayanmadan güclənir, Avropa isə bu ritmə əməl edə bilmir. Bu isə Avropada bir növ məyusluq yaradır”, - deyə Orban bildirib.
Onun sözlərinə görə, Asiya ilə münasibətlərin iki modelindən biri Avropada mümkündür: ya əməkdaşlıq, ya da ayrılmaq.
“Əməkdaşlığın tərəfdarı olan Avropa ölkələrinin sayı artır”, - deyə baş nazir əlavə edib.
Mənbə: octagon.media
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət