Dərc edildi: Baxış sayı: 717
Oqtay Gülalıyev hər iki gözünü açdı
Türkiyənin İstanbul şəhərindəki Amerikan Xəstəxanasında müalicə olunan hüquq müdafiəçisi Oqtay Gülalıyev gözlərini açıb.
Axar.az xəbər verir ki, bu barədə hüquq müdafiəçisinin oğlu Təbriz Gülalıyev bildirib. Onun sözlərinə görə, O.Gülalıyev gözlərini açmağa başlayır:
"Atam bu gün uzun zamandır tərpətmədiyi sol gözünü az da olsa aça bildi. Artıq hər iki gözünü açmağa başlayır. Ümid edirik ki, tezliklə komadan ayılacaq və aramıza geri dönəcək".
Bir neçə gün bundan öncə O.Gülalıyev sağ gözünü açıb.
Qeyd edək ki, oktyabrın 29-u ağır qəza keçirən O.Gülalıyevin müalicəsini Heydər Əliyev Fondu üzərinə götürüb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət