Slimfit
  1. AZƏRBAYCAN

Oqtay Əsədov: 'Türkdilli dövlətlər arasında qarşılıqlı etimada əsaslanan əməkdaşlıq inkişaf etdirilməlidir'

Oqtay Əsədov: 'Türkdilli dövlətlər arasında qarşılıqlı etimada əsaslanan əməkdaşlıq inkişaf etdirilməlidir'
Sakura

Oqtay Əsədov: 'Türkdilli dövlətlər arasında qarşılıqlı etimada əsaslanan əməkdaşlıq inkişaf etdirilməlidir'

“Parlament çərçivəsində əməkdaşlıq ölkələr arasında siyasi, ticari, iqtisadi, mədəni və humanitar əlaqələrin inkişafında parlament diplomatiyasının zəngin potensialından istifadə edilməsinə yol açır”.

Report” xəbər verir ki, bunu Milli Məclisin spikeri Oqtay Əsədov TÜRKPA-nın Bakı iclasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, müasir dünyada parlament diplomatiyasının əhəmiyyəti və rolu xeyli artıb: “Parlament diplomatiyasının üstünlüyü bir sıra mətləbləri daha tez və anlaşıqlı şəkildə çatdırmağa qadir olub. Çox vaxt ürəkdən keçənləri dillə ifadə etməkdə müəyyən çətin məqamlar yaranır. Parlament diplomatiyası isə daha sadə və sərbəstdir. İnanıram ki, parlamentlərarası əməkdaşlıq bölgəmizdə mövcud olan münaqişələrin nizama salınmasına çox böyük kömək göstərir. Bunun üçün, ilk növbədə, qarşılıqlı etimada əsaslanan əməkdaşlıq inkişaf etdirilməlidir”.

O.Əsədov bildirib ki, türkdilli dövlətlər coğrafi strateji baxımdan dünyanın çox önəmli bölgələrinin birində yerləşir: “Təəssüf ki, uzun illərdən bəri közərən münaqişə ocaqları həm dövlətlər arasında iqtisadi əməkdaşlığa maneçilik törədir, həm də regional və beynəlxalq sülh və təhlükəsizlik üçün ciddi təhdid yaradır. Ermənistan silahlı qüvvələrinin təcavüzü nəticəsində 20 faiz torpaqlarımız işğal edilib”. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Fotoqraf: Abdul-Qapur Dayak

Redaktor seçimi

SON XƏBƏRLƏR