Slimfit
  1. AZƏRBAYCAN

Oqtay Əsədov: “Dövlətin yaratdığı geniş imkanlar sayəsində gənclər cəmiyyətin aparıcı qüvvəsinə çevriliblər”

Oqtay Əsədov: “Dövlətin yaratdığı geniş imkanlar sayəsində gənclər cəmiyyətin aparıcı qüvvəsinə çevriliblər”
Sakura

Oqtay Əsədov: “Dövlətin yaratdığı geniş imkanlar sayəsində gənclər cəmiyyətin aparıcı qüvvəsinə çevriliblər”

 “Dünya əhalisinin mühüm hissəsini təşkil edən gənclər ən dinamik, sosial qrup olaraq dayanıqlı inkişaf məqsədlərinin əldə edilməsinə töhfələrini verə bilərlər. Çox böyük intellektual potensialın daşıyıcısı olan gənclər bir çox ölkələrin siyasi, iqtisadi və sosial strukturlarında önəmli yer tutaraq müasir cəmiyyətin mənəvi inkişafının mühüm amili kimi çıxış edirlər. Əminəm ki, məhz yeni dünya düzəninin formalaşmasında gənclər mühüm rol oynamalıdırlar. Azərbaycanda gənclər sosial, humanitar, iqtisadi və siyasi fəaliyyətə yaxından cəlb edilirlər”.

Report” xəbər verir ki, bunu Bakıda keçirilən Parlamentlərarası İttifaqın gənc parlament üzvlərinin V Qlobal Konfransında Milli Məclisin sədri Oqtay Əsədov deyib.

O qeyd edib ki, gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsindən birinə çevrilib: “Dövlətin yaratdığı geniş imkanlar sayəsində gənclər cəmiyyətin aparıcı qüvvəsinə çevriliblər. Azərbaycan gəncləri parlamentdə də önəmli mövqelərə malikdirlər. Onlar qanunvericilik və qanunyaratma prosesi ilə bağlı, gündəlik işlərlə yanaşı beynəlxalq parlament təşkilatlarının fəaliyyətində yaxından iştirak edirlər”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Elütera adası - Karib dənizi ilə Atlantik okeanın görüş nöqtəsi adlanır

Redaktor seçimi

SON XƏBƏRLƏR