Dərc edildi: Baxış sayı: 452
Operativ Qərargahdan iri ticarət mərkəzləri ilə bağlı açıqlama
“İri ticarət mərkəzləri ilə bağlı qadağalar hələ ki, qüvvədədir. Çünki bu cür yerlər insanların kqtləvi toplaşdığı obyektlərdir”.
Ens.az Report.az-a istinadən xəbər verir ki, bunu Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.
"Buna görə də belə yerlərdə yoluxma təhlükəsi çox ola bilər. Bu səbəbdən onların açılması hələ ki, nəzərdə tutulmur. Təəssüf olsun ki, yoluxmanın statistikası hələ ki, iri ticarət mərkəzlərinin açılmasına imkan vermir", - deyə İ .Məmmədov bildirib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət