Operativ Qərargah: Restoran və kafelərin onlayn xidmət göstərməsinə heç bir məhdudiyyət yoxdur
“Restoran və kafelərin onlayn sifarişləri yerinə yetirməsi ilə bağlı heç bir məhdudiyyət yoxdur”.
APA-nın məlumatına görə, bunu bu gün ölkədə xüsusi karantin rejimi elan edilməsi ilə bağlı keçirilən mətbuat konfransında Nazirlər Kabineti mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib.
O, onlayn sifariş məsələsinin Nazirlər Kabineti yanında Operativ Qərargahın xüsusi karantin rejiminin tətbiqi ilə bağlı qərarında da əksini tapdığını vurğulayıb.
İ. Məmmədov onu da deyib ki, hələlik fövqəladə vəziyyət elan olunmasına ehtiyac duyulmur: “Ancaq cənab Prezidentin də dediyi kimi, bu, istisna olunmur. Ehtiyac yaranarsa, fövqəladə vəziyyət də elan oluna bilər”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət