Slimfit
  1. CƏMİYYƏT

Operativ Qərargah küçələrdə insanların hərarətinin ölçülməsi təklifinə münasibət bildirib

Operativ Qərargah küçələrdə insanların hərarətinin ölçülməsi təklifinə münasibət bildirib
Sakura

Operativ Qərargah küçələrdə insanların hərarətinin ölçülməsi təklifinə münasibət bildirib

“Ümumdünya Səhiyyə Təşkilatının verdiyi tövsiyələr əsasında müvafiq protokollar hazırlanıb, yalnız o protokollara uyğun olaraq dərmanlar alınıb gətirilir”.

Ens.az Apa.az-a istinadən xəbər verir ki, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov bildirib.

Azərbaycan Prezidentinin köməkçisi deyib ki, həmin dərmanlar xəstəxanalara verilir.

O, küçələrdə insanların hərarətinin aparatlarla ölçülməsi təklifinə də münasibət bildirib: “Yalnız hərarət ölçməklə koronavirusu müəyyənləşdirmək də mümkün deyil”.

Səhiyyə Nazirliyinin Aparat rəhbəri Nadir Zeynalov isə küçələrdə və nəqliyyat vasitələrində polis əməkdaşları tərəfindən insanların hərarətinin ölçülməsinin tıxaclara səbəb ola biləcəyini vurğulayıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bu atın adı Shayne-dir. O dünyanın ən yaşlı atıdır. (Atların ömrü 25-30 ildir)

Redaktor seçimi

SON XƏBƏRLƏR