Operativ Qərargah: Bəzi tanınmış jurnalistlər sosial şəbəkələrdə həqiqəti əks etdirməyən məlumatlar…
"Xüsusi karantin rejimi ilə bağlı aprelin 1-də yayılan sənəd həqiqəti əks etdirmir”.
APA-nın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib.
İ. Məmmədov deyib ki, son günlər bəzi jurnalistlər sosial şəbəkələrdə həqiqəti əks etdirməyən məlumatlar yayırlar. “Məsələn, yazırlar ki, “x” kəndində virusa yoluxma var. Məlum olur ki, o kəndin ətrafında da 4 kənd var, ajiotaj yaranır. O jurnalistlərin içərisində tanınmışlar da var. Arzu edilmir ki, bu məsələyə hüquq-mühafizə orqanları müdaxilə etsin. Jurnalistlər özləri belə hallara imkan verməməlidir”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət