OPEC ölkələri "OPEC+" üzrə öhdəliklərini 112% yerinə yetirib
Bu ilin iyun ayında Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) ölkələri "OPEC+" razılaması çərçivəsində üzrlərinə düşən öhdəlikləri 112% yerinə yetirib.
"APA-Economics"in OPEC-in aylıq hesabatına istinadən verdiyi məlumata görə, ötən ay OPEC üzrə gündəlik neft hasilatı 1,9 mln. barel azalaraq 22,27 mln. barel təşkil edib.
Səudiyyə Ərəbistanı iyun ayında gündəlik neft hasilatını 923 min barel azaldaraq 7,56 mln. barelə endirib. Beləliklə, Krallıq "OPEC+" üzrə kvotasını 37% artıqlaması ilə yerinə yetirib.
Qeyd edək ki, aprel ayının 12-də "OPEC+" ölkələri nazirlərinin 10-cu iclasında qəbul edilmiş razılaşma ümumilikdə gündəlik xam neft hasilatının may-iyunda 9,7 mln. barel, Azərbaycanda isə 164 min barel azaldılmasını nəzərdə tutur. OPEC və qeyri-OPEC ölkələri nazirlərinin 6 iyunda keçirilən 11-ci iclasında isə bu kvotaların müddətinin daha bir ay – iyulun sonunadək uzadılmasına dair qərar qəbul edilib
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət