Slimfit
  1. İQTİSADİYYAT

OPEC iyulda hasilatı artırıb

OPEC iyulda hasilatı artırıb
Sakura

OPEC iyulda hasilatı artırıb

İyul ayında OPEC ölkələri iyun ayı ilə müqayisədə gündəlik neft hasilatını 980 min barel artırıb.

Ens.az “Report”-a istinadən xəbər verir ki, bu barədə OPEC-in aylıq hesaabatında qeyd edilib.

İyul ayında OPEC  ölkələrinin gündəlik neft hasilatı 23,17 mln  barel təşkil edib.

Ən böyük artım Səudiyyə Ərəbistanı (866 min barel), BƏƏ (98 min barel), Küveytdə (73 min barel) baş verib. Bu ölkələr iyun ayında öhdəliklərindən əlavə könülü olaraq gündəlik 1 mln barel, 100 min barel və 80 min barel hasilatını azaltmışdı.

Ötən ay İraq da gündəlik hasilatını 40 min  barel artırıb.

Ümumilikdə, OPEC  ölkələri OPEC+ sazişinə iyun ayında 96,7% əməl edib.

 
 
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı, 1987

Redaktor seçimi

SON XƏBƏRLƏR