Slimfit
  1. ELM

Onurğa sütununun travmatik iflicinə qalib gəlmək olar

Onurğa sütununun travmatik iflicinə qalib gəlmək olar
Sakura

Eksperimentlər göstərib ki, onurğa sütununun travmatik iflicinə qalib gəlmək olar

Eksperimentlər göstərib ki, onurğa sütununun travmatik iflicinə qalib gəlmək olar.

Minnesota Universitetinin əməkdaşları 3D-printerdə çap olunmuş və canlı hüceyrələr yerləşdirilmiş karkas prototipi işləyib hazırlayıblar. Bu karkas onurğa beyni travmalarından əziyyət çəkən pasiyentlərin vəziyyətini dəyişdirməlidir. Onurğa beynində yerləşdirilmək üçün nəzərdə tutulan karkas silikon və gövdə hüceyrələrindən yaradılıb.

AZƏRTAC “MedDaily” saytına istinadla xəbər verir ki, onun başlıca vəzifəsi onurğa beyninin canlı hüceyrələri arasında əlaqələndirici rolu oynamaq, yəni zədələnmiş zonada əmələ gələn boşluğu doldurmaqla sinir əlaqəsini bərpa etməkdir. Amma işin gedişində alimlər problemlə üzləşiblər. Belə ki, üçölçülü strukturu elə çap etmək lazım idi ki, gövdə hüceyrələri tələf olmasın və yararlı sinir hüceyrələrinə çevrilsin.

Alimlərin əldə etdiyi nəticəni qənaətbəxş adlandırmaq olar. Çap zamanı hüceyrələrin təqribən 75 faizi salamat qalıb. Qeyd edək ki, başqa elmi qruplar, məsələn, Saskaçevan və Sauthempton universitetlərinin əməkdaşları da analoji karkaslar üzərində işləyirlər.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İsa Hüseynov, Nəbi Xəzri və Məstan Günər bacanaq idi. Onlar şair Davud Nəsibin bacıları ilə evlənmişdilər.

Redaktor seçimi

SON XƏBƏRLƏR