Dərc edildi: Baxış sayı: 481
Onun İmamverdi İsmayılovun “liderliyindən” şikayəti təmin edilmədi
Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında 125 saylı Zəngilan-Qubadlı Seçki Dairəsi üzrə daxil olan şikayətə baxılıb.
Oxu.Az-ın məlumatına görə, bildirilib ki, şikayət həmin dairədən deputatlığa namizəd Anar Əsədli tərəfindən verilib.
A.Əsədli şikayətində 125 saylı Dairə Seçki Komissiyasının hərəkətsizliyini iddia edib.
Müraciət araşdırılıb və DSK-nın hərəkətsizliyi ilə bağlı iddia təsdiqini tapmadığına görə şikayət təmin edilməyib.
Qeyd edək ki, həmin dairədə lider namizəd İmamverdi İsmayılovdur.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət