Slimfit
  1. İDMAN

“Onu milliləşdirməklə Avropa çempionatına çıxmayacağıq” - MÜSAHİBƏ

“Onu milliləşdirməklə Avropa çempionatına çıxmayacağıq” - MÜSAHİBƏ
Sakura

“Onu milliləşdirməklə Avropa çempionatına çıxmayacağıq” - MÜSAHİBƏ

“Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasovun apasport.az saytına müsahibəsi

- Premyer Liqanın XVII turunda evdə “Sabah”a uduzduqdan sonra komanda toparlana bilib?
- “Sabah”la matçda qalib gəlmək istəyirdik. Çünki evdə oynayırdıq. Amma “Sabah” da zəif deyil. Ümumi götürsək, bu gün çempionatımız maraqlı keçir. “Qarabağ” və “Neftçi”dən başqa, digər komandaların oyununda favorit göstərmək çətindir. “Sabah” məğlubiyyətini özümüz üçün faciə elan etməmişik. Məğlub olsaq da, istədiyimiz oyun var idi. Bunun üzərində də işləyirik. 

- Həftəsonu “Qarabağ”la oynayacaqsınız. Həmin görüşdən gözləntiləriniz nədir?
- “Qarabağ” son illərin çempionudur. Özü də səfərdə oynayırıq. Amma biz yaxşı hazırlaşmışıq. İnanıram ki, komanda şəklində müqavimət göstərəcəyik.

 

- “Qarabağ”a son görüşünüzdə 2:1 hesabı ilə qalib gəlmişdiz. Necə düşünürsünüz, uğuru yenə təkrarlamaq mümkündür?
- Qışdan sonra tək “Qarabağ” yox, digər klublar bizə qarşı tam başqa cür hazırlaşır. “Neftçi” ilə kubok oyunundan sonra demişdim ki, qışdan sonra bizim üçün çox çətin olacaq. Rəqiblərin bizə qarşı fərqli oynaması da buna sübutdur. “Sabah” “Sumqayıt”a görə öz sistemini dəyişmişdi. Son illərdə hansısa komanda bizə görə belə tədbir görmürdü. Bu da bizim son vaxtlardakı oyunlarımıza görədir, ona görə normal qarşılayıram. Fikrimcə, “Qarabağ” da xal itkisini təkrarlamaq istəmir. Əsas odur ki, onlarla oyunda səhv etməyəsən. Onlar böyükhesabla da qalib gəlirlər. Bu da futbolçulara siqnaldır. 

- Azərbaycan millisinin baş məşqçi postu hələ də boşdur. Namizədlər arasında daha çox Abdullah Avcı və Covanni De Byazinin adı hallanır. Sizcə, onlardan hansı millimizə xeyir verə bilər?
- Mən də yığmaya tez bir zamanda baş məşqçi təyin edilməsini istərdim. Çünki çempionatımızın ən yaxşı vaxtıdır, futbolçuları izləmək üçün də zaman var. Məncə, Abdullah Avcı kimi mütəxəssisin ölkəmizə gəlməsi böyük üstünlük olar. Çünki son zamanlar Türkiyədə müasir futbolun təkmilləşməsində bu şəxsin böyük rolu var. Onun iş prinsipini də görmüşük. “Başakşəhir”də stabil çalışırdı. Mənə görə sırf hansısa adlara “vurulub”, gətirməyə ehtiyac yoxdur. Onun iş prinsipini əsasdır. “Nə vaxtsa hardasa işləyib, nələrsə edib” prinsipindən əl çəkmək lazımdır. Son illərdə millimizə gələcək məşqçinin iş prinsipi Azərbaycan futbolunun inkişafı üçün nəsə etməyə imkan verirsə, həmin məşqçi gəlməlidir və hər kəs də ona kömək etməlidir.

- AFFA-nın Sezar Meza Kollinin milliləşdirilməsinə münasibətiniz necədir? Sizcə, paraqvaylı yığmaya cəlb olunarsa, hər hansı köməyi dəyər?
- Mənə görə hazırda kimisə milliləşdirməyə ehtiyac yoxdur. Bir futbolçu ilə Avropa, dünya çempionu olmayacağıq. Yaxud da qitə birinciliyinin final mərhələsinə də çıxmayacağıq. Riçard Almeyda “Qarabağ”da son illər yaxşı çıxış etdi. Amma milli komandamızda böyük dəyişiklik edə bilmədi. Bəlkə də onun yerində Aleksey İsayev, Elvin Camalov və ya digər yerliyə üstünlük versək, daha bir futbolçumuzu qazanarıq. Gənc futbolçularımız var, onlara inanmaq, üstünlük vermək lazımdır. Bu gün kimlərisə qazanmalıyıq. Əgər biz klublarda risk edib gəncləri oynadırıqsa, milli komanda da onlara güvənməlidir. Emil Balayev, Bəhlul Mustafazadəyə şans verdilər və biz onları qazandıq. Orta sahədə də yetərincə futbolçumuz var. Məsələn, Rəhim Sadıxov pis futbolçu deyil. Ona güvənmək, inanmaq lazımdır. Rəhim də özümüzünküdür. Milli komandamızda Andre Ladaqa, Leandro Qomeş, Ernani Pereyra, Usim Nduka, Yuri Muzika kimi legionerlər olub. Bu gün onlar hardadır? Onlar bizə nə verdilər? Ya biz onlarla nə etdik? Azərbaycanlılara şans vermək lazımdır ki, gələcəkdə də futbolumuz inkişaf etsin.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1 həftədə cəmi 3 fincan pivə kifayətdir ki, beyin 20% zəif işləsin.

Redaktor seçimi

SON XƏBƏRLƏR