Onu işdən çıxarıb, həm də cəzalandıraram – Komitə sədri
Hər hansı sahibkara mənim rəhbərliyim altındakı dövrdə bir inspektor tərəfindən "bu malı gətirmək olar, onu olmaz" sözü deyilə bilməz. Bu, mümkün olan bir şey deyil.
Axar.az xəbər verir ki, bu sözləri Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev deyib.
"Əgər satıcı malın üzərinə 2 qat artıq qiymət qoyub satırsa, aidiyyatı qurumlara müraciət etmək lazımdır ki, bu məhsulun mənfəət vergisi nə qədərdir. Burada "gecə qara, cücə qara" məsələsi yığışdırılıb. Belə bir sistem yoxdur. Kimsə deyirsə ki, belə hal var, biz həmin şəxsin yanındayıq. Vətəndaşa "olmaz" deyən əməkdaşımızı yalnız işdən çıxarmaram, ən ağır şəkildə cəzalandıraram. Prezidentin bu sistemdə başlatdığı islahatlar keçici xarakter daşımır. Bizim məqsədimiz qısa müddət ərzində hansısa islahatı həyata keçirib, oturub gözləmək deyil. Bu, mümkün olan şey deyil. Bunu düşünən varsa, biz ona şərait yaradacağıq. Artıq kiməsə himayədarlıq etmək dövrü keçib".
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət