Dərc edildi: Baxış sayı: 1020
Onlayn dərslərə görə hər ailəyə planşet veriləcək? - Rəsmi
Təhsil Nazirliyi onlayn dərslərin keçirilməsi üçün məktəbyaşlı uşağı olan hər ailəyə bu qurum tərəfindən bir planşetin veriləcəyi barədə yayılan məlumatlara münasibət bildirib.
Ens.az xəbər verir ki, Nazirlikdən Trend-in sorğusuna cavab olaraq, bildirilib ki, bu məlumat doğru deyil.
Pandemiya ilə əlaqədar siniflərdə əlavə partaların qoyulması, xüsusi nişanlarla işarə edilmə və s. kimi dəyişikliklərin edilib-edilməməsinə gəldikdə, TN-dən qeyd edilib ki, hazırda bu məsələ ilə bağlı İşçi qrup tərəfindən hazırlıq işləri aparılır.
Nazirlik bu barədə ictimaiyyətə məlumat veriləcəyini də açıqlayıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət