Dərc edildi: Baxış sayı: 443
Onların Qarabağa səfərini təşkil edə bilərik - Deputat
Bakıda olan bir sıra ölkələrin Mətbuat Şuralarının nümayəndələrinin Dağlıq Qarabağa səfərini təşkil edə bilərik.
Axar.az xəbər verir ki, bu sözləri Azərbaycan Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov Bakıda Ümumdünya Mətbuat Şuraları Assosiasiyasının növbəti illik toplantısında çıxışı zamanı deyib.
O bildirib ki, Azərbaycan işğal edilmiş ərazilərinin bir qismini azad edib:
“Hamı Dağlıq Qarabağın Azərbaycanın əbədi ərazisi olduğunu bilir. Şübhə yoxdur ki, işğal altında olan digər ərazilərimiz də azad ediləcək. Yaxşı haldır ki, tədbir iştirakçıları Dağlıq Qarabağın Azərbaycanın ərazisi olması barədə məlumatlıdırlar”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət