Slimfit
  1. SİYASƏT

Onlara 2 milyardlıq güzəştli kredit verilib - Prezident

Onlara 2 milyardlıq güzəştli kredit verilib - Prezident
Sakura

Onlara 2 milyardlıq güzəştli kredit verilib - Prezident

Bu gün ölkəmizdə sərmayə iqlimi çox müsbətdir. Təsadüfi deyil ki, keçən il ölkə iqtisadiyyatına 13,5 milyard dollar sərmayə qoyulub.

Axar.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Qazax rayon ictimaiyyətinin bir qrupu və əhəng zavodunun kollektivi ilə görüşündə bildirib.

"Bu il də bu proses davam etdirilir və sərmayənin böyük hissəsi yerli sərmayədir. Bu, onu göstərir ki, yerli şirkətlər artıq ayaqda möhkəm dayana bilir və dövlətin dəstəyi ilə bu işlər davam etdiriləcək. Təkcə Sahibkarlığın İnkişafı Fondunun xətti ilə sahibkarlara 2 milyard manat məbləğində güzəştli kreditlər verilib və bu kreditlərin hesabına on minlərlə yeni iş yeri yaradılmışdır.

Bizim investisiya iqlimimizin müsbət olmasını Dünya Bankı da qeyd edir və biz bu reytinqlərdə 20 ən islahatçı ölkə sırasındayıq. Əlbəttə ki, buna nail olmaq üçün çox düşünülmüş siyasət aparılmalıdır. Əminəm ki, təkcə Dünya Bankı yox, eyni zamanda, yerli sahibkarlar da aparılan islahatları görürlər və bəyənirlər. Çünki sahibkarlar üçün əsas məsələ düzgün qaydaların tətbiq edilməsidir. Bu istiqamətdə dövlət siyasəti birmənalıdır, bütün sahələrdə, o cümlədən maliyyə və iqtisadi sahədə tam şəffaflıq təmin edilməlidir. Bu şəffaflıq hesabına təkcə keçən il vergi və gömrük orqanları proqnozdan əlavə büdcəyə 1 milyard manat daxil ediblər", - İ.Əliyev söyləyib.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

General Əliağa Şıxlinski Molla Vəli Vidadinin nəticəsidir.

Redaktor seçimi

SON XƏBƏRLƏR