Dərc edildi: Baxış sayı: 479
Onlar ya test verəcəklər, ya da karantinə alınacaqlar
Xaricə gedən vətəndaşların 48 saat etibarlılıq müddəti olan test nəticəsi olmalıdır.
Ens.az Axar.az-a istinadən xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın bugünkü brifinqində deyib.
"Xaricdən gələn vətəndaşlara müəyyən fərqli qaydaların tətbiqi müzakirə olunmaqdadır. Ümumi fikrə görə, xaricdən gələn vətəndaşlar test veriblərsə, ölkəyə gəldikdən sonra könüllü olaraq yenidən test verə bilərlər. Təbii ki, bundan imtina edənlər var, o zaman onlar 2 həftəlik karantinə götürüləcəklər", - o bildirib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət