Dərc edildi: Baxış sayı: 600
Onkoloji xəstəliklərin müalicəsinə 44 milyon manat ayrıldı
Səhiyyə sahəsində 15-dən çox dövlət proqramı var. Azərbaycanın dövlət büdcəsinin 189 milyonu bu proqramların həyata keçirilməsinə sərf olunub”.
Medicina.az xəbər verir ki, bunu deputat Rafiq Məmmədhəsənov Milli Məclisin bu gün keçirilən iclasında deyib.
O bildirib ki, ötən il şəkərli diabetlə bağlı proqrama 36 milyon, bu il isə 44 milyon vəsait ayrılıb:
"Keçən il onkoloji xəstəliklərin müalicəsinə 40 milyon, bu il isə 44 milyon manatdan çox vəsait ayrılıb. İkinci bir MDB ölkəsi tanımıram ki, səhiyyə sahəsində bu qədər dövlət proqramı olsun. Dövlət geniş yayılmış xəstəliklərin müalicəsini üzərinə götürür. Bu da xalqa qayğıdır”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət