Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Onkoloji xəstəliklər haqqında 10 mif

Onkoloji xəstəliklər haqqında 10 mif
Sakura

Ən qorxulu xəstəlik xərçəng deyilmiş

Həkim-onkoloq Arif Nuri onkoloji xəstəliklərlə bağlı 10 mifi açıqlayıb. 
 
Medicina.az xəbər verir ki onkoloji xəstəliklərin cərrahi müalicəsi ilə məşğul olan mütəxəssis bu barədə sualların çox olduğunu deyib, bu səbəbdən 10 faktı toplayaraq maraqlı yazı ilə çıxış edib. 
 
Onkoloji xəstəliklərlə bağlı 10 mifi təqdim edirik:
 
MİF 1. Xərçəng sağalmaz xəstəlikdir
 
Fakt: Onkoloji xəstəliklər müalicəyə tabe olur, xüsusilə ilkin mərhələlərdə. Müalicənin nəticəsi xəstəliyin mərhələsindən və tipindən asılıdır. Erkən diaqnostika mühüm rol oynayır.
MİF 2. Xərçəng bir müddətdən sonra geri qayıdır
 
Fakt: Müasir statistika və təcrübə bunu 100% təsdiq etmir. Çoxlu xəstələr tamamilə sağalır və adi həyat tərzi yaşayırlar. Ancaq müntəzəm müayinə olunmaq, onkoloq nəzarətində olmaq vacibdir.
 
MİF 3. Xərçəng ən qorxulu xəstəlikdir
 
Fakt: Bütün dünya üzrə onkoloji xəstəlikər ölüm səbəbləri arasında ikinci yerdədir. Birinci yerdə ürək-damar sistemi xəstəlikləridir (infarkt, insult, qəfləti ölüm və s.).
 
MİF 4. Onkoloji xəstələrlə kontaktdan sonra xərçəngə tutulmaq olarmı?
 
Fakt: Xərçəng infeksion xəstəlik deyil, ona görə də yoluxucu deyil. Əks halda, mən bu sətirləri yaza bilməzdim.
 
MİF 5. Qeyri-tibbi müalicə metodları ənənəvi müalicədən effektlidirmi? Ümumiyyətlə, qeyri-ənənəvi müalicə metodlarına inanmaq olarmı?
 
Fakt: Onkoloji xəstəliklərin müalicəsində effekti illərlə sınanmış müalicə protokollarından imtina etmək məsləhət görülmür. Geridönməz nəticələrə səbəb ola bilər. Əgər ənənəvi tibbi metodlar heç bir kömək təklif etmirsə, riski öz üzərinizə götürüb, hansısa qeyri-ənənəvi müalicə metodlarını sınaya bilərsiniz. İtiriləsi bir şeyiniz olmayanda, ümidsiz hallarda.
MİF 6. Sağlam həyat tərzi keçirmək, düzgün qidalanmaq xərçəng xəstəliyinin yaranmasında hansısa rol oynayırmı?
 
Fakt: Xərçəng xəstəliyinin yaranması çox böyük ölçüdə onun həyat tərzindən, qidalanmasından asılıdır. İdman, düzgün qidalanma, spirtli içkilərdən və siqaretdən imtina xərçəng xəstəliyinin yaranma ehtimalını dəfələrlə azaldır.
 
MİF 7. Deyirlər, xərçəng xəstəliyinə "toxunmaq" olmaz.
 
Fakt: Əksər hallarda xərçəng xəstəliyinin uğurlu müalicəsində cərrahi müalicə əsas yer tutur. Onkoloji xəstəliklərin mərhələsindən, bir çox digər faktorlardan asılı müalicə protokolları var və orada dəqiq göstərilib nə zaman əməliyyat göstərişdir, nə zaman əks göstərişdir.
 
MİF 8. Şirniyyat xərçəng xəstəliyinin yaranmasına səbəb olurmu?
 
Fakt: Şəkərin/şirniyyatın xərçəngə səbəb olmasını təsdiq edən elmi əsas yoxdur. Ancaq həddindən artıq şirniyyat istifadəsi piylənməyə səbəb olur. Piylənmə isə bir neçə xərçəng formalarının yaranma riskini  artırır.
 
MİF 9. Günəş altında çox olmaq xərçəng xəstəliyi yaradır
 
Fakt: Qızmar günəş altında çox qalmaq dərinin açıq hissələrində günəş yanıqlarına səbəb ola bilər. Günəş yanıqları dəri xərçənginin yaranma riskini artırır.
MİF 10. Əgər ailənin bir üzvündə xərçəng xəstəliyi varsa, digər üzvlərində də ola bilərmi?
 
Fakt: Xərçəng xəstəliyinin yaranmasında əsas rolu genlərin mutasiyası oynayır. Genlərin mutasiyaya uğramasına minlərlə faktorun təsiri ola bilər. Onkoloji xəstəliklərin təxminən 20 %-i irsən keçən genetik mutasiyalar nəticəsində yarana bilər. Əgər ailənin hansısa üzvündə onkoloji xəstəlik varsa, bu o demək deyil ki, digərlərində də olacaq.
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

"Min bir gecə" baletinin (şəkildə) musiqisi Fikrət Əmirov, librettosu isə "Min bir gecə" nağılları əsasında Maqsud və Rüstəm İbrahimbəyovlar tərəfindən yazılmışdır.

Redaktor seçimi

SON XƏBƏRLƏR