“OnePlus” şirkətindən fərqli kameralı smartfon
Çinin “OnePlus” şirkəti qeyri-ənənəvi kamera ilə təchiz olunan mobil cihazını təqdim etməyə hazırlaşır.
İnternet-mənbələrin verdiyi məlumata görə, OnePlus Concept One adlanan bu konseptual smartfon 7 yanvar tarixində ABŞ-da keçiriləcək sərgi çərçivəsində ilk dəfə nümayiş olunacaq.
Yeni cihaz klassik korpusa malik olacaq.
Arxa paneldə gözəgörünməz kamera datçikləri olacaq . Bu hal, kamera bölməsini qaraldan elektrokromik şüşənin hesabına baş verir.
Qeyd edək ki, hal-hazırda “OnePlus” Britaniyanın avtomobil istehsalçısı McLaren-lə əməkdaşlıq edir. Bu şirkətin əməkdaşları sözügedən çin şirkətinin mütəxəssislərinə yeni texnologiyanın mobil cihaza tətbiq olunmasında yardımçı olacaqlar. Belə ki, McLaren bəzi elektrik avtomobillərində elektrokromik (qaralan) şüşədən istifadə edir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət