Slimfit
  1. SİYASƏT

On minlərlə ABŞ əsgəri buna görə öldü - Ruhani

On minlərlə ABŞ əsgəri buna görə öldü - Ruhani
Sakura

On minlərlə ABŞ əsgəri buna görə öldü - Ruhani

İlham Əliyevin səylərini xüsusilə vurğulamaq istəyirəm. Bu möhtəşəm sammitə və nümayiş etdirdiyi qonaqpərvərliyə görə təşəkkürümü bildirirəm. Cənab Maduroya da öz sədrliyi dövründə nümayiş etdirdiyi səylərə görə minnətdaram.

Axar.az xəbər verir ki, bunu İran Prezidenti Həsən Ruhani Bakıda keçirilən Qoşulmama Hərəkatının dövlət və hökumət başçılarının XVIII zirvə görüşündə çıxışında deyib.

“ABŞ hazırda birqütblü dünya yaratmağa çalışır. Digər tərəfdə isə Qoşulmama Hərəkatı belə güclərə sinə gərməyə çalışır və çoxtərəfliliyi özünün iş prinsipi elan edib.

Xüsusən də iqtisadi sahədə inkişaf etməkdə olan ölkələrin güclərinin artması, suveren dövlətlərin əməkdaşlığının güclənməsi, müstəqil beynəlxalq təşkilat və qurumların səylərini birləşdirməsi ABŞ-ın hegemonluğuna qarşı dirənişi nümayiş etdirir.

Özünün hərbi gücünü artıraraq ABŞ müxtəlif istiqamətlərdə münaqişələrə təhrik edir, bunun ucbatından yüz minlərlə insan həyatını itirir, milyardlarla dollar silahlara xərclənir, beləliklə də ekstremizm və terror artır.

Təcavüzkarın səylərinin uğursuzluğa düçar olmasına baxmayaraq, biz çalışmalıyıq ki, ABŞ-ın hegemonluğunun qarşısını alaq.

Elə bir dövrdəyik ki, artıq müstəqil oyunçular aydın şəkildə öz mövqeyini bildirə bilir. ABŞ-ın bu siyasəti on minlərlə ABŞ əsgərinin ölümünə, milyardlarla ABŞ dollarının sərf edilməsinə səbəb olub. ABŞ iqtisadi üsullarla öz siyasi məqsədlərinə nail olmaq istəyir və bu siyasətini yekəxana şəkildə həyata keçirir. Bu iqtisadi terrora bərabər bir şeydir”, - Ruhani bildirib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Hacı Zeynalabdin Tağıyevin cangüdəni, 1900-cü il.

Redaktor seçimi

SON XƏBƏRLƏR