Slimfit
  1. DÜNYA

Ömrünün çoxunu borc içində yaşayan rəssamın əsəri 36 milyona satıldı

Ömrünün çoxunu borc içində yaşayan rəssamın əsəri 36 milyona satıldı
Sakura

Ömrünün çoxunu borc içində yaşayan rəssamın əsəri 36 milyona satıldı

İmpressionizmin banilərindən sayılan Klod Mone sağlığında əsərlərini lazımı qiymətə sata bilmirdi. Amma indi onun rəsmlərinə milyonlar xərcləyirlər.

Bizimyol.info xəbər verir ki, onun “Palazzo Ducale” (“Hersoqlar sarayı”) əsəri “Sotheby ‘s” hərracında 36,4 milyon dollara satılıb. Hərrac evinin direktorlar şurasının rəhbəri Helena Nyuman rəsmi əsl şedevr adlandırıb.

Klod Mone, “Hersoqlar sarayı”

Ömrünün çox hissəsini borc içində keçirən Mone bu rəsmi 1908-ci ildə Venesiyaya səfəri zamanı çəkmişdi. Onda rəssam İtaliyadakı bu məşhur sarayın rəsmini üç versiyada işləmişdi. Digər iki nüsxə Nyu Yorkdakı Bruklin və Metropoliten muzeylərində saxlanılır. Əsərin alıcısının adı açıqlanmır.

Klod Mone, fransız rəssam

Londondakı hərracda ən böyük məbləğ də elə Monenin əsəri satışa çıxarılanda səslənib. Çünki alıcılar ümumilikdə hərracda 116,3 milyon dollar xərcləyib. Mone rəsmi çəkəndə 68 yaşı vardı. Fransız rəssam 86 yaşında vəfat edib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Winston Churchill, " Lawrence" və Əmir Abdullah Qüds. Gizli konfrans və 104 illik xaos

Redaktor seçimi

SON XƏBƏRLƏR