Dərc edildi: Baxış sayı: 2734
Ömər Xəyyam - Rübailər
Əlimdə olsaydı, əgər iqtidar,
Bu köhnə fələyi kökündən yıxar,
Təzədən elə bir fələk qurardım
Ki, hər kəs yaşardı azad, bəxtiyar.
Başımda olsa da məstlik havası
Şərab ver, şərabdır ruhun qidası.
Dünya əfsanədir, ovcuma mey qoy!
Ömür bir küləkdir, yoxdur vəfası.
"Gətir yaqut rəngli şərabi sadə,
Məhrəmdir azadlıq sevənə badə.
Şərab ver, bilirsən, tez əsib keçən
Küləyə bənzəyir ömür dünyadə.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət