Slimfit
  1. CƏMİYYƏT

Ombudsmanın müraciəti əsasında Dağıstanda qalan azərbaycanlılardan 19-u vətənə gətirildi

Ombudsmanın müraciəti əsasında Dağıstanda qalan azərbaycanlılardan 19-u vətənə gətirildi
Sakura

Ombudsmanın müraciəti əsasında Dağıstanda qalan azərbaycanlılardan 19-u vətənə gətirildi

“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən əhalinin bütün qruplarına xüsusi diqqət göstərilir. Bunun bariz nümunəsidir ki, xaricdə yaşayan soydaşlarımız pandemiya şəraitində davamlı olaraq çarter reysləri ilə vətənə gətirilir, həmin şəxslər karantin müəssisələrinə yerləşdirilir və onlara lazımi yardım göstərilir”.

Ens.az xəbər verir ki,bu barədə Oxu.Az-a Ombudsman Aparatından bildirilib.

Qeyd olunub ki, bu faktlar onun ifadəsidir ki, Azərbaycan dövləti, ölkə rəhbərliyi daim öz vətəndaşlarının qayğısına qalır, onların sağlamlıqlarının qorunmasını diqqət mərkəzində saxlayır:

“2020-ci ilin mart ayının ortalarından etibarən COVID-19 pandemiyası səbəbindən Azərbaycanın quru sərhədləri və xüsusi çarter reysləri vasitəsilə 20 min nəfərdən artıq vətəndaşımızın ölkəmizə qayıdışı təmin olunub. Yeri gəlmişkən, bu gün daha 155 Azərbaycan vətəndaşı Rusiya Federasiyasından ölkəmizə gətirilib. 

Onlardan 19 nəfərinin Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın müvafiq qurumlara müraciəti əsasında, Daxili İşlər Nazirliyi və ölkəmizin Rusiya Federasiyasındakı səfirliyinin birgə səyləri nəticəsində Vətənə qayıdışı təmin edilib. 

Qeyd edək ki, həmin 19 nəfər Dağıstan Respublikasında əcnəbi vətəndaşların müvəqqəti saxlanılması mərkəzində saxlanılmış və çətin vəziyyətdə olmuş soydaşlarımızdır”, - deyə məlumatda bildirilib.

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Yunanıstanın ikinci böyük şəhəri olan Saloniki 1997-ci ildə Avropa mədəniyyət paytaxtı seçilmişdir.

Redaktor seçimi

SON XƏBƏRLƏR