Slimfit
  1. SİYASƏT

Ombudsman Səbinə Əliyeva Gürcüstanın Xalq Müdafiəçisinə müraciət etdi

Ombudsman Səbinə Əliyeva Gürcüstanın Xalq Müdafiəçisinə müraciət etdi
Sakura

Ombudsman Səbinə Əliyeva Gürcüstanın Xalq Müdafiəçisinə müraciət etdi

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Gürcüstanın Dmanisi rayonunda azərbaycanlı sahibkara məxsus mağazanın qarşısında həmin şəxsə, eləcə də digər azərbaycanlı gənclərə hücum edilməsi nəticəsində baş vermiş kütləvi dava ilə bağlı Gürcüstanın Xalq Müdafiəçisi Nino Lomcariyaya müraciət edib.

Ens.Az-ın məlumatına əsasən,bu barədə "Report"a Ombudsman Aparatından bildirilib.

Məlumata görə, S.Əliyeva hadisəni etnik qruplar arasında münaqişəyə çevirmək cəhdlərinin təəssüf və narahatlıq doğurduğunu bildirib. Azərbaycan və Gürcüstanın strateji tərəfdaş olduğunu qeyd edən Ombudsman məsələnin müvafiq orqanlar tərəfindən araşdırılması üçün zəruri tədbirlər görüləcəyinə inamını ifadə edib.

S.Əliyeva vəziyyətin daha da gərginləşməsinin qarşısını almaq üçün gürcüstanlı həmkarını bu məsələni nəzarətdə saxlamağa çağırıb.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Ağdam, Azərbaycan, 1993-cü il. Qız güllə və bomba partlayışı səslərini eşitməmək üçün qulaqlarını tutub.

Redaktor seçimi

SON XƏBƏRLƏR