Ombudsman: "Özünü demokratiya beşiyi hesab edən ölkələrdə milli azlıqlara, qaçqınlara münasibət göz…
"Bərabərlik olan yerdə münaqişə olmaz".
"Report" xəbər verir ki, bunu 10 dekabr - Beynəlxalq İnsan Hüquqları Günü, Ümumdünya İnsan Hüquqları Bəyannəməsinin qəbul edilməsinin 70 illiyi və Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illiyinə həsr edilmiş "Bərabərlik hüququnun təmini sülh və dayanıqlı inkişafın əsas təməlidir" mövzusunda beynəlxalq konfransda Ombudsman Elmira Süleymanova deyib.
O bildirib ki, etnik və dini mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşlar bərabər hüquqlara malikdir: "Qısa müstəqillik dövründə ölkəmizdə sabitlik möhkəmlənib. İqtisadiyyatın inkişafı üzrə MDB ölkələri arasında birinci yerdəyik".
Elmira Süleymanova qeyd edib ki, Ombudsman Aparatının əsas qayəsi hər bir vətəndaşın bütün hüquqlarının təmin edilməsi, fərqli yanaşmaya yol verməmək, qanunun aliliyinin təmin olunması, dövlətə sadiqlik və sairdir: "Ombudsman institutu ölkənin bütün bölgələrində fəaliyyət göstərir. Özünü demokratiya beşiyi hesab edən ölkələrə nəzər salsaq, milli azlıqlara, qaçqınlara münasibət göz önündədir. Halbuki hər bir insana insan kimi yanaşmaq lazımdır".
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət