Slimfit
  1. AZƏRBAYCAN

Ombudsman nümayəndələri Elvin İsayevə baş çəkib

Ombudsman nümayəndələri Elvin İsayevə baş çəkib
Sakura

Ombudsman nümayəndələri Elvin İsayevə baş çəkib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində Ombudsmanın İşgəncələrin qarşısının alınması üzrə Milli Preventiv Qrupunun (MPQ) üzvləri tərəfindən Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına əvvəlcədən xəbərdarlıq edilmədən başçəkmə həyata keçirilib.

Ombudsman Aparatından Trend-ə verilən məlumata görə, BMT-nin İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiyasının Fakültativ Protokolu və Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında Konstitusiya Qanununun tələbləri əsasında təşkil olunmuş başçəkmədə məqsəd bu müəssisədə saxlama şəraiti və rəftar məsələlərinin, saxlanılan şəxslərin hüquqlarının təmin olunması vəziyyətinin araşdırılmasından ibarət olub.

MPQ-nin həkim üzvünün də iştirak etdiyi başçəkmədə istintaq təcridxanasında saxlanılma şəraiti, qidalanma, tibbi yardım, telefon danışığı, görüş və digər hüquqların təmin olunması vəziyyəti, habelə rəftar məsələləri araşdırılıb, bu məqsədlə müəssisədə saxlanılan bir çox təqsirləndirilən şəxs təsadüfi seçim əsasında fərdi qaydada qəbul edilib.

Başçəkmə çərçivəsində 12 dekabr 2019-cu il tarixdə Azərbaycan Respublikasına deportasiya olunmuş Elvin İltixam oğlu İsayev də MPQ üzvləri tərəfindən konfidensial qəbul olunub və dinlənilib. E. İsayev saxlanma şəraitindən, tibbi xidmət və saxlanıldığı müddət ərzində onunla rəftardan razılıq edib. Eyni zamanda o, sovqat qəbul edib, ailə üzvləri ilə əlaqə saxlayıb və telefon danışığı hüququ təmin olunub.

Başçəkmə çərçivəsində saxlanılan şəxslərə hüquqları izah edilib, Ombudsmana ünvanlanmış ərizələr qəbul olunub, müvafiq qanunvericiliyin tələbləri izah edilib, bəzi saxlanılan şəxslər tərəfindən barələrində aparılan istintaqla bağlı qaldırılan məsələlər üzrə hüquqi məsləhətlər verilib, bir sıra müraciətlər isə yerində təmin edilib.

Başçəkmənin nəticəsi və qəbul olunmuş ərizələrlə əlaqədar aidiyyəti qurumlara müraciət olunacaq.

Qeyd edək ki, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi yerlərə müntəzəm başçəkmələr həyata keçirilir, həmin müəssisələrdə saxlanma şəraiti, rəftar məsələləri, tibbi xidmətin təşkili araşdırılır. Əvvəlki başçəkmələr zamanı verilmiş tövsiyələrin müzakirəsi təşkil olunmaqla yanaşı, icrası yerində yoxlanılır, habelə bu qəbildən olan müəssisələrdə çalışan şəxslərə ünvanlanan, milli və beynəlxalq qanunvericiliyə, beynəlxalq müqavilə qurumlarının ölkə üzrə tövsiyələrinə əsaslanmaqla hüquqi maarifləndirici treninqlər təşkil olunur.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Xalq şairi Vaqif Səmədoğlunun ilk nikahı əfsanəvi bəstəkar Qara Qarayevin qızı ilə olub.

Redaktor seçimi

SON XƏBƏRLƏR