Slimfit
  1. SİYASƏT

Ombudsman BQXK nümayəndəsi ilə Suriyadakı əsir azərbaycanlıların vəziyyətini müzakirə edib

Ombudsman BQXK nümayəndəsi ilə Suriyadakı əsir azərbaycanlıların vəziyyətini müzakirə edib
Sakura

Ombudsman BQXK nümayəndəsi ilə Suriyadakı əsir azərbaycanlıların vəziyyətini müzakirə edib

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyinin rəhbəri Elena Aymone Sessera və müdafiə üzrə koordinator Emanuela Bertingi ilə görüşüb.

Bu barədə "Report"a Ombudsman Aparatından məlumat verilib. 

Nazirlər Kabineti yanında Operativ qərargahın tövsiyələrinə uyğun olaraq, internet resurslarının imkanlarından istifadə edilməklə videogörüntü qaydasında baş tutan görüşün məqsədi hazırda Suriya ərazisində əsir və girov kimi saxlanılan Azərbaycan vətəndaşlarının mövcud vəziyyətinin və onların geri qaytarılması ilə bağlı tədbirlərin həyata keçirilməsi üzrə qarşılıqlı əməkdaşlığın müzakirəsindən ibarət olub.

İnsan hüquqları üzrə Müvəkkil ötən illərdə Suriyada davam etməkdə olan vətəndaş müharibəsində iştirak etmək üçün Azərbaycanın bəzi vətəndaşlarının ailələri ilə birlikdə həmin ölkəyə getdiklərini bildirib, hazırda müxtəlif silahlı dəstələrin nəzarətində olan çadır düşərgələrində əsir və girova çevrilmiş insanların, xüsusilə qadın və uşaqların dözülməz şəraitdə saxlanıldıqlarını, yaralı və xəstələrin tibbi yardımdan kənarda, baxımsız vəziyyətdə qaldıqlarını vurğulayıb.

Həmin şəxslərin yaxın qohumlarından və ailə üzvlərindən çoxsaylı müraciətlər aldığını, həmçinin onları bir neçə dəfə şəxsən qəbul etdiyini qeyd edən Səbinə Əliyeva müvafiq düşərgələrdə olan uşaqların silahlı dəstələr tərəfindən işgəncələrə məruz qaldıqlarını, bəzi uşaqların ailələrindən zorla alındıqlarını və ya qaçırıldıqlarını həmsöhbətlərinin diqqətinə çatdırıb.

BQXK-nin Azərbaycan nümayəndəliyinin rəhbəri Elena Aymone Sessera Ombudsman təsisatı ilə əməkdaşlığa böyük önəm verdiklərini, qeyd edilən məsələlərin diqqətdə saxlanıldığını, bu sahədə fəaliyyətin əlaqəli şəkildə davam etdiriləcəyini, Suriya düşərgələrində saxlanılan şəxslərin, xüsusilə uşaqların hüquqlarının müdafiəsinə xüsusi diqqət ayrılacağını bildirib.

BQXK-nin müdafiə üzrə koordinatoru Emanuela Bertingi isə öz növbəsində Suriyadakı saxlanma yerlərində başçəkmələr aparıldığını, dünyanı cənginə alan koronavirus epidemiyasının ümumi fəaliyyətdə bir sıra çətinliklər yaratdığını, bununla belə, problemin həlli istiqamətində koordinasiyalı şəkildə çalışacaqlarını qeyd edib.

Videogörüşdə Ombudsman Səbinə Əliyeva bu düşərgələrdə vəziyyətin humanitar fəlakət və insan həyatı üçün təhlükəli səviyyədə olduğunu bildirərək, Beynəlxalq Qırmızı Xaç Komitəsinin mandatı çərçivəsində Cenevrə Konvensiyalarına uyğun olaraq təxirəsalınmaz tədbirlər görülməsini, o cümlədən Suriyadakı silahlı münaqişənin girovuna çevrilmiş vətəndaşlarımızın maraqlarının müdafiəsində, onlar barədə məlumatların dəqiqləşdirilməsində, bu şəxslərin işgəncəyə və qeyri-insani rəftara məruz qalmalarının qarşısının alınmasında, eyni zamanda onlara humanitar dəstəyin, yaralı və xəstələrə isə tibbi yardımın göstərilməsində, həmçinin Azərbaycana qaytarılmalarında və ailələrinə qovuşmalarında köməklik göstərilməsini xahiş edib. 

Elena Aymone Sessera faydalı fikir mübadiləsinə və müzakirələrə görə Ombudsmana minnətdarlığını bildirib, qaldırılan məsələlərin əməkdaşlıq çərçivəsində nəzərə alınacağını qeyd edib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı milyonçusu Musa Nağıyev öz dostları ilə. Qeyd edək ki, Azərbaycana ilk avtomobili məşhur xeyriyyəçi, mesenat Hacı Zeynalabdin Tağıyev, daha sonra isə Rotşildlər gətirmişdi.

Redaktor seçimi

SON XƏBƏRLƏR