Ölümcül xəstəliyin yeni növü aşkarlanıb - Dil xərçəngi
Dövrümüzün ən böyük bəlalarından biri xərçəng xəstəliyidir. Bu xəstəlik demək olar ki, insan bədəninin hər yerində yarana bilir. Bəlkə də bu günə kimi eşitmədiyiniz xərçəng növü də dil xərçəngidir. AzNews.az dil xərçənginin göstəricilərini təqdim edir:
Dildə çıxan yaralar
Dil üzərində çıxan yaralar, dil xərçənginin əsas əlamətlərindəndir. Bu xərçəng əsasən, dilin kənarlarında yaransa da, bəzən dilin hər tərəfində əmələ gələ bilər. Bəsit yaralar bir-iki gün içərisində sağalar. Amma xərçəng yaraları uzun müddət getmir. Belə problem yarandığı zaman həkimə müraciət etmək mütləqdir.
Boyunda şişlik
Xərçəng boyundakı linfa vəzlərinə sıçradığı zaman şişkinliyə səbəb ola bilir. Boynun eyni bölgəsində həftələr, aylar içərisində böyüyürsə və bərkdirsə, bu, xərçəngin əlamətlərindən biridir.
Danışıqda dəyişiklik
Dil xərçəngi dilin bəzi sinirlərini ələ keçirər və dilin normal hərəkət etməsinə əngəl törədər. Belə olan hallarda danışıqda problem yarana bilər.
Dildə ağrılar
Dil xərçəngi dildə ağrılara və qanamalara yol aça bilər. Dildəki yaralar öz-özünə qanayırsa, bunun səbəbi xərçəngdir. Bu xəstəlik bəzən şiddətli qulaq ağrılarına da səbəb ola bilir.
Ağız qoxusu
Dil xərçəngi ağızda xoşa gəlməz qoxuların yaranmasına səbəb olur.
Əgər bu əlamətlər sizdə varsa, həkimə müraciət şərtdir.
Mənbə: AzNews.az
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət